Böyrək qumu nədir?


Digərləri 12 İyn 2018 20:45:00 348 0

Böyrək qumu nədir?

Böyrək daşları daha kiçik ölçülərdə olduğu zaman, bunlara böyrək qumu deyilir. Bir qum dənəsi qədər kiçik ola bilən böyrək daşı eyni zamanda göy noxud qədər də böyük ola bilər. Böyrək qumları ya da daşları yumşaq və ya iti ola biləcəyi kimi rəngləri də ümumiyyətlə sarı və ya qəhvəyi olur.

Son.az deyerler.org-a istinadən bildirir ki, böyrək daşı kiçikdirsə, yəni qum dənəciyi kimidirsə, öz-özünə bədəndən xaric ola bilir. Böyrək qumu daşlara nisbətlə çox az ağrı yaradır ya da hər hansı bir ağrıya səbəb olmur.

Böyrək qumunun müalicəsi

Böyrək qumu necə müalicə oluna bilər? Böyrək qumunun əksər hissəsi bədəndən atıla biləcək qədər kiçikdir və ümumiyyətlə də, evdə müalicə edilə bilər. Digər tərəfdən, qumlar ya da daşlar olduqca ağrılı ola bilər. Bir neçə gün davam edən bu ağrılar, çox vaxt daş xaric olduqdan sonra yoxa çıxır.