Möminə iftar vermək – bir illik günahların kəffarəsidir


Digərləri 12 İyn 2018 20:20:00 221 0

Möminə iftar vermək – bir illik günahların kəffarəsidir

Mübarək Ramazan ayının biz müsəlmanlar üçün sünnət qoyduğu əməllərdən biri də iftar süfrələri verməkdir. Bu, elə əməldir ki, həm xəlqin və həm də Xaliqin razılığını qazanır.

İmam Sadiq (ə) buyurur: "Hər kim 1 möminə iftar verər - bir illik günahlarının kəffarəsi hesab olunar. Hər kim 2 möminə iftar verərsə - Allahın öhdəsindədir ki, onu behiştə daxil etsin".

Son.az deyerler.org-a istinadən bildirir ki, bu iftar süfrələri həm yoxsul qohumların, yoxsul mömin qardaş və bacıların sevinməsinə səbəb olar, həm də qohumluq, qardaşlıq bağlarını möhkəmləndirər.

Ancaq hər bir əməldə olduğu kimi, iftar süfrəsi açmaqda da niyyət xalis olmalıdır. Özünü başqalarına nümayiş etdirmək qəsdi daşımamalıdır.

Çalışmaq lazımdır ki, imkanı olmayan insanlara daha çox diqqət edilsin və onlar bu iftar süfrələrinin qonağı olsunlar.