Zöhr namazını qılan adam çaşıb məğrib namazının niyyətini edərsə...


Digərləri 12 İyn 2018 20:15:00 272 0

Zöhr namazını qılan adam çaşıb məğrib namazının niyyətini edərsə...

Zöhr namazını qılan adam niyyətdə çaşıb "məğrib namazını qılıram" desə, amma zöhr namazının qaydası ilə namaz qılsa, düzgündürmü?

İbadətlərdə əsas məsələ niyyəti düzgün müəyyən etməkdir, onu dil ilə söyləmək vacib deyil. Əgər insan namaza başlamazdan əvvəl və həmçinin, bütün namaz boyunca hansı namazı qıldığını ürəyində düzgün və dəqiq müəyyən etmişsə, bu müddət ərzində niyyətindən dönməmişsə və niyyətini unutmamışsa, namazı düzgündür.