Respublika birinciləri tədris ilini necə başa vurdular? (FOTO)


Digərləri 12 İyn 2018 19:30:00 293 0

Respublika birinciləri tədris ilini necə başa vurdular? (FOTO)

2017-2018-ci tədris ilində qəbul imtahanlarında bakalavr, magistr və MBA proqramı üzrə ən yüksək bal toplayan abituriyentlər UNEC-i seçib.

Bakı. 2017-2018-ci tədris ilində qəbul imtahanlarında bakalavr, magistr və MBA proqramı üzrə ən yüksək bal toplayan abituriyentlər UNEC-i seçib. Universitetdən Trend-ə verilən məlumata görə, bakalavr pilləsi üzrə II ixtisas qrupu üzrə 700 bal toplayan hər iki abituriyent Cavad Əliyev və Arzu Məmmədzadə, MBA proqramına qəbulda respublika birinicisi olan Tural Əhmədov və magistraturaya qəbulda ən yüksək bal toplayan ilk iyirmi magistr hazırda təhsillərini UNEC-də davam etdirirlər. Respublika birinciləri başa çatmaqda olan tədris ilinin sonunda UNEC-lə bağlı təəssüratlarını UNEC News saytı ilə bölüşüblər. Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) I kurs tələbəsi Cavad Əliyev: Uzun müddət tərəddüdlərdən sonra UNEC-i seçsəm də, bu bir il ərzində UNEC-in Azərbaycanda ən keyfiyyətli təhsil ocaqlarından biri olduğu nəticəsinə gəldiyimi deyə bilərəm. UNEC-də elə ilk dərs günündən qarşılaşdığım yüksək və rahat tədris metodu məni ixtisasıma daha mükəmməl yiyələnməyə həvəsləndirdi. Birinci semestri 99.8 ortalama ilə bitirdim. Yeni tədris ilindən isə UNEC-in tələbələr üçün yaratdığı ikili diplom, UDİD, mübadilə proqramlarından yararlanmağı düşünürəm. İSE-nin I kurs tələbəsi Arzu Məmmədzadə: Universitet və ixtisas seçimimin düzgün olduğunu bir il ərzində UNEC-in mənə qazandırdığı uğurlarla təsdiqləmiş oldum. UNEC-də və universitetdən kənarda keçirilən tədbirlərdə fəal iştirak etdim, yeni insanlarla tanış olub, yeni biliklər əldə etdim. Birinci semestri 99.67 ortalama ilə başa vurdum. UNEC-də daha çox önəm verdiyim imtahanlardakı şəffaflıq oldu. İmtahanların yazılı olması analitik düşünmə qabiliyyətimi və ingilis dili səviyyəmi daha da inkişaf etdirdi. Tətbiq olunan Elektron Universitet Modeli tədrisi daha da asanlaşdırır. UNEC-də sevdiyim bir cəhət də müəllim-tələbə münasibətidir. İSE-dəki səmimi ortam mənə onlarla dost qazandırdı, çevrəmi genişləndirməyə davam edirəm.