Albayrak: TANAP yüzilliyin ən mühüm layihəsidir


Digərləri 12 İyn 2018 19:20:00 208 0

Albayrak: TANAP yüzilliyin ən mühüm layihəsidir

Transanadolu boru kəməri (TANAP) yüzilliyin ən mühüm layihəsidir.

Bakı. Rufiz Hafizoğlu - Transanadolu boru kəməri (TANAP) yüzilliyin ən mühüm layihəsidir. Trend-in məlumatına görə, bunu Türkiyənin energetika naziri Berat Albayrak bu gün Türkiyənin Əskişəhər vilayətində TANAP boru kəmərinin açılış mərasimində deyib. Nazir qeyd edib ki, TANAP həmçinin regionda sülh və sabitlik layihəsidir. B.Albayrak bildirib: "TANAP Azərbaycan və Türkiyə əməkdaşlığının əyani təzahürüdür". Türkiyəli nazirin sözlərinə görə, TANAP Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Qeyd edək ki, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər. Xatırladaq ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin təntənəli açılışı baş tutub. Bu gün isə TANAP layihəsinin açılış mərasimi keçirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin