Prezident İlham Əliyev: TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir


Digərləri 12 İyn 2018 19:10:00 208 0

Prezident İlham Əliyev: TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir

TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir.

Bakı. TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində keçirilən Transanadolu boru kəməri (TANAP) layihəsinin açılış mərasimində çıxışı zamanı deyib. Dövlətimizin başçısı qeyd edib: "Əziz qardaşım, hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan. Hörmətli prezidentlər, xanımlar və cənablar. İlk növbədə, qardaş Türkiyə torpağında yenidən olmağımdan məmnunluğumu ifadə etmək istərdim. Biz Azərbaycanda Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə etdiyi uğurlara çox sevinirik. Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya miqyasında böyük gücə çevrildi". İlham Əliyev bildirib ki, Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir: "Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz bizim birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bu qədər bir-birini dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, həm bölgəmiz üçün, həm də Avrasiya üçün önəmli faktordur". Prezident deyib ki, bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür: "TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir". Xəbər yenilənir Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin