Azərbaycan dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı proqnozları artırır


Digərləri 12 İyn 2018 18:29:12 257 0

Azərbaycan dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı proqnozları artırır

Azərbaycan 2018-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı proqnozları artırmağı planlaşdırır.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Milli Məclisdə təqdim olunmuş "2018-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər layihəsində qeyd olunub.

Layihəyə əsasən, dövlət büdcəsinin gəlirlərinin 1 983 milyon manat artırılaraq (9,9 faiz) 22 110 milyon manatadək, xərclərinin 2 014 milyon manat artırılaraq (9,6 faiz) 23 061 milyon manatadək yüksəldilməsi planlaşdırılır. Dövlət büdcəsinin kəsiri 951 milyon manat (31 milyon manat artım) təşkil edəcək ki, bu da 2018-ci il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun 1,3 faizinə bərabər olacaq.