Oqtay Əsədov deputatların təklifinə etiraz edib: “Belə olmaz axı..”


Digərləri 12 İyn 2018 17:45:00 392 0

Oqtay Əsədov deputatların təklifinə etiraz edib: “Belə olmaz axı..”

Milli Məclisin sədri Oqtay Əsədov deputatların "Təhsil haqqında" qanunun yenidən hazırlanması ilə bağlı təkliflərinə etirazını bildirib.

Son.az report-a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında O.Əsədov xatırladıb ki, uzun müddət "Təhsil haqqında" qanun qəbul olunmayıb. 

"Nəhayət, qanun qəbul edildi. İndi də deyirlər, qanun yenidən işlənməlidir. Belə olmaz axı... Qanun olmazsa, nəyə dəyişiklik edəcəksiniz? Hər şeyi yenidən işləmək olmur axı. Onda gəlin Cinayət Məcəlləsini və digər məcəllələri də yenidən hazırlayaq...", - parlamentin sədri vurğulayıb.