DİN sürücülərə avtomobil oğruları ilə bağlı müraciət edib


Digərləri 12 İyn 2018 17:36:00 273 0

DİN sürücülərə avtomobil oğruları ilə bağlı müraciət edib

Daxili İşlər Nazirliyi nəqliyyat vasitələri sahiblərinə müraciət edib.

Bakı. Daxili İşlər Nazirliyi (DİN) nəqliyyat vasitələri sahiblərinə müraciət edib. DİN-dən Trend-ə verilən məlumata görə, nazirlik sürücülərin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meyilli şəxslər tərəfindən oğurlana bilər.