Müdafiə Nazirliyindən BƏYANAT: İraq ərazisini tərk etməyəcəyik


Digərləri 12 İyn 2018 14:50:00 287 0

Müdafiə Nazirliyindən BƏYANAT: İraq ərazisini tərk etməyəcəyik

Türkiyə Silahlı Qüvvələri sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə İraq ərazilərini tərk etməyəcək.

Bakı. Rufiz Hafizoğlu - Türkiyə Silahlı Qüvvələri (SQ) sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə İraq ərazisini tərk etməyəcək. Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib. Nazir bildirib ki, Türkiyənin məqsədi İraqın dağlıq rayonlarının PKK terrorçularından təmizlənməsi, həmçinin düzənlik ərazilərdə təhlükəsizlik zonalarının yaradılmasıdır.