177 kq çəkili Ömər 76 kq arıqladı FOTO


Digərləri 12 İyn 2018 14:14:00 346 0

177 kq çəkili Ömər 76 kq arıqladı  FOTO

28 yaşlı Ömər Malikin çəkisi 177,8 kq idi. Londonun qərbində yaşayan bu gəncin gündəlik rasionu toplam olaraq ən azı 7 min kalori idi.

Son.az Daily Mail-ə istinadən bildirir ki, o, həftədə 70 tost və ən azı 56 yumurta yeyirdi.

Lakin ötən ilin noyabrında Ömər arıqlamaq qərarına gəlmişdi.

"Həmin gün vanna otağına getdim və duş almaq istədim. Vannaya oturanda o, ağırlığıma dözməyərək çatladı. Bax, onda arıqlamağa qərar verdim".

Ömər həmin gündən sonra pəhriz saxlamağa, sağlam rasionla qidalanmağa və məşq etməyə başlayıb.


Xəbərə aid fotolar