"Partiyaların maliyyə hesabatı verməməsi ölkənin ümumi siyasi sisteminə zərərdir"


Digərləri 12 İyn 2018 13:38:00 253 0

"Partiyaların maliyyə hesabatı verməməsi ölkənin ümumi siyasi sisteminə zərərdir"

Azərbaycanda bəzi siyasi partiyalar maliyyə dövriyyələri barədə aidiyyəti qurumlara hesabat vermirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, belə olan halda isə qeyri-şəffaflıq ortaya çıxır: "İndi öz aralarında mübahisə edirlər ki, pul gəlir, mənimsənilir. Bu isə ölkənin ümumi siyasi sisteminə zərər verir".