Vergi borcuna görə ev əşyaları satıla bilərmi? VİDEO FOTO


Digərləri 12 İyn 2018 13:19:00 306 0

Vergi borcuna görə ev əşyaları satıla bilərmi?  VİDEO  FOTO

Vergilər Nazirliyi vergi borcu olan vətəndaşların əmlakını hərraca çıxararaq satır. Satışa çıxarılan şəxsi əşyalar arasında xalçalar hətta paltaryuyan maşın da var. Sual yaranır. Vergi borcuna görə nazirlik vətəndaşın əşyalarını satışa çıxara bilərmi? Belə bir hüquq varmı? Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Rəsul Hüseynov - Vergilər Nazirliyinin vergi öhdəliklərinin icrasına nəzarət departamenti direktorunun müavini: "Borclu vergi ödəyicilərinə bildirişlər göndərilir. Orada 5 gün müddətində nəzərdə tutulub ki, borc ödənilməsə əmlak siyahıya alınsın". Buna qədər isə, vergi borcu olanla fərdi və ümumi görüş də olur. Burada müzakirə olnur ki, vergi borcunu necəsə qaytarmaq lazımdır. Lazım olan həll yolu olmadıqda əşyaların satışa çıxarılması prosesi başlayır, amma istisna var. Əkrəm Həsənov - Hüquqşünas: "Hər bir insan borcuna görə əmlakı ilə cavabdehdir. Elə əmlak növləri var ki, onu insanın əlindən almaq olmaz". Deməli, insan üçün əsas istifadə olunan əşyalar satışa çıxarıla bilməz. Əmlak siyahıya alınanda da həmən satış olunmur. 1 ay yenə vaxt verilir. Ondan sonra  artıq məhkəmə ilə vergi borcu olanın əşyaları satışa çıxarılır. Əşyaları Vergilər Nazirliyi özü satmır, məhkəmə qərarından sonra icra məmurları ki olur, onlar bu işi həyata keçirir. Nəzarəti isə ədliyyə orqanları edir.

Əkrəm Həsənov - Hüquqşünas: "Vergi orqanı sübut etməlidir ki, əşya vergini ödəməyən şəxsindir. Ərin borcu var, arvadı deyir ki, xalça cehizimdir. Onu götürmək olmaz". Bu zaman iş çətinləşir, Hətta vergi məmurlarına yalandan da söylənilir ki, guya vergi borcu olanın əşyaları yoxdur, olanlar həyat yoldaşınındır. Bu məsələ isə uzun müddət araşdırma tələb edir. Amma nə olursa olsun, xüsusi yadda saxlamaq lazımdır, qanunla vergi borcu əsas ödənilməli olan borcdur.


Xəbərə aid fotolar