Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək


Digərləri 12 İyn 2018 13:11:00 363 0

Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.

Bakı. Samir Əli - Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib. Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 13-dən 20-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Qeyd edək ki, hazırda gün ərzində 300-340 nəqliyyat vasitəsilə təxminən 7-8 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.