Dünya Bankından Azərbaycanın dövlət müəssisələrinə ÇAĞIRIŞ


Digərləri 12 İyn 2018 13:01:00 251 0

Dünya Bankından Azərbaycanın dövlət müəssisələrinə ÇAĞIRIŞ

Dövlət müəssisələri Azərbaycan iqtisadiyyatında mühüm rol oynayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi" mövzusunda konfrans zamanı Dünya Bankının ölkə üzrə meneceri Navid Həsən Naqvi deyib.

O bildirib ki, dövlət müəssisələrinin fəaliyyəti istənilən ölkənin, o cümlədən Azərbaycanın iqtisadiyyatı üçün vacibdir: "Bununla belə, dövlət müəssisələrində korporativ idarəetmənin inkişaf etməsi də vacibdir. Onların fəaliyyətinin səmərələliyinin və şəffaflığının artırılmasını davam etdirmək zəruridir".