Azərbaycan və Latviya dəmiryolçuları Bakıda görüşdülər (FOTO)


Digərləri 12 İyn 2018 12:15:43 205 0

Azərbaycan və Latviya dəmiryolçuları Bakıda görüşdülər (FOTO)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Latviya Dəmir Yolu” SC-nin prezidenti – idarə heyətinin sədri Edvins Berzinşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bakı. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Latviya Dəmir Yolu” SC-nin prezidenti – idarə heyətinin sədri Edvins Berzinşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, QSC sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.