Üzeyir daha bir məşhur şouda


Digərləri 12 İyn 2018 12:06:00 201 0

Üzeyir daha bir məşhur şouda

Azərbaycanlı sirk ustası Üzeyir Novruzov Rusiyanın "Лига удивительных людей" (Qəribə insanların liqası) adlı beynəlxalq yarışmasına qatılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, istedadlı şəxslərin qatıldığı yarışmada Novruzov artıq ilk çıxışını da edib.

"Rossiya 1" kanalında efirə gedən şouda həmyerlimiz "Vertikal balans" nömrəsi ilə çıxış edib. Braziliyalı tərəf müqabili ilə yarışan Üzeyir münsiflərin rəğbətini qazanıb və ona qalib gəlib.

Novruzov azərbaycanlı olduğunu, amma Rusiyanı təmsil etdiyini söyləyib.