Bakıda məktəblərin 10 faizində şagird sıxlığı müşahidə olunur


Digərləri 12 İyn 2018 12:01:00 253 0

Bakıda məktəblərin 10 faizində şagird sıxlığı müşahidə olunur

2018-2019-cu tədris ili üçün Bakı şəhərində uşaqların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb olunacaq

Bakı. İlhamə İsabalayeva - "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin yalnız 10 faizində şagird sıxlığı müşahidə olunur. Bizim qənaətimizə görə, bu sıxlıq 31 məktəbdə var". Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, bəzi ərazilərdə yeni məktəblərin tikilməsi sayəsində bu problemin həllinə nail ola biləcəklər.