Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri: "Son zəng" yalnız 2 saat ərzində keçirilir
Digərləri 12 İyn 2018 11:40:00 231 0
İyunun 14-də Bakıda bütün məktəblərdə "Son zəng" tədbiri keçiriləcək. Bu tədbir yalnız məktəb daxilində və iki saat ərzində keçirilir
Bakı. İlhamə İsabalayeva -
İyunun 14-də Bakıda bütün məktəblərdə "Son zəng" tədbiri keçiriləcək. Bu tədbir yalnız məktəb daxilində və iki saat ərzində keçirilir.
Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib.
Onun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Son zəng" tədbirlərində şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün müxtəlif qabaqlayıcı tədbirlər görür və bu məqsədlə müvafiq orqanlara müraciətlər edir.
Mənbə: az.trend.az