Pambıq tarlasında zəhərlənən 20 nəfərdən


Digərləri 12 İyn 2018 10:33:00 237 0

Pambıq tarlasında zəhərlənən 20 nəfərdən

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilən 20 nəfər evə buraxılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Adəm Əliyev məlumat verib.

Baş həkimin müavini bildirib ki, dünən gün ərzində həmin xəstələrin vəziyyəti tam qənaətbəxş olduğu üçün stasionar müalicədən ambulator müalicəyə buraxılıb: "Gün ərzində xəstələr təkrar müayinə olundular, vəziyyətləri tam yaxşı olduğu üçün evə yazıldılar. Zəhərlənənlərdən 4 nəfər hazırda Bakıdadır. Onların da vəziyyətləri normaldır".