Bakı Ali Neft Məktəbinə virtual səyahət edin


Digərləri 12 İyn 2018 10:37:00 275 0

Bakı Ali Neft Məktəbinə virtual səyahət edin

Öz fəaliyyətində yenilikləri və son nailiyyətləri tətbiq etməklə daim gündəmdə olan Bakı Ali Neft Məktəbi (BANM) daha bir yeniliyə imza atıb.

Son.az-ın məlumatına görə, Ali Məktəbdə onun 360 dərəcə virtual turunun təqdimat mərasimi keçirilib. Təqdimatda BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin professor-müəllim heyəti və administrativ kollektivi iştirak ediblər.

Rektor Elmar Qasımov Ali Məktəbin dünya standartlarına cavab verən kampusunun və burada yaradılmış şəraitin cəmiyyətə reallıqda olduğu kimi göstərilməsinin labüdlüyünü bildirib. O qeyd edib ki, 360 dərəcə virtual tur ali məktəblərə seçim qarşısında olan tələbələrə, əcnəbi tələbələrə təəssürat yaratmaqda köməklik göstərəcək, bələdçi rolunu oynayacaq.

Daha sonra Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Xəyalə Fətullayeva 360 dərəcə panoramik çəkilişlərin mahiyyətindən və virtual turun özəlliklərindən danışıb, bu turun Ali Məktəbin təbliğatında böyük rol oyanayacağına əmin olduğunu bildirib.