Azadlıqdan məhrum edilən şəxs UNEC-in əməkdaşı deyil


Digərləri 12 İyn 2018 10:09:00 251 0

Azadlıqdan məhrum edilən şəxs UNEC-in əməkdaşı deyil

UNEC bəzi KİV-lərdə ötən gün yayılan məlumata aydınlıq gətirib.

Bakı. UNEC bəzi KİV-lərdə ötən gün yayılan məlumata aydınlıq gətirib. Belə ki, iyunun 11-də bəzi KİV-lərdə dələduzluqda təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum edilən Vəfa Osmanlının Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı olduğu qeyd edilib.