Azərbaycan Universitetinin 2 elmi tədqiqat layihəsi qrant müsabiqəsinin qalibidir


Digərləri 12 İyn 2018 10:14:00 346 0

Azərbaycan Universitetinin 2 elmi tədqiqat layihəsi qrant müsabiqəsinin qalibidir

Azərbaycan Universiteti Nazirlər Kabineti tərəfindən 2017-ci ilin dekabr ayında təsdiq edilmiş ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsinin tələblərinə uyğun olaraq növbəti uğura imza atıb.

Bakı. Azərbaycan Universiteti Nazirlər Kabineti tərəfindən 2017-ci ilin dekabr ayında təsdiq edilmiş ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsinin tələblərinə uyğun olaraq növbəti uğura imza atıb. Trend-in məlumatına görə, universitet əməkdaşlarının 2 elmi tədqiqat layihəsi Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin qalibi olub. “Müşahidə olunan informasiyanın tam olmadığı hallarda tərs və identifikasiya məsələlərinin həll üsullarının işlənilməsi” layihəsinə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, prof. Yusif Qasımov rəhbərlik edəcək. Layihədə Azərbaycan Universitetini həm də Elm şöbəsinin müdiri, r.ü.f.d. Lətifə Ağamalıyeva təmsil edəcək. Layihənin maliyyələşdirilmə həcmi 50 min manat, tərəfdaşları AMEA İdarəetmə Sistemləri İnstitutu və Bakı Dövlət Universitetidir.