“AppStore”da pullu tətbiqlər pulsuz olacaq


Digərləri 12 İyn 2018 08:41:00 377 0

“AppStore”da pullu tətbiqlər pulsuz olacaq

Tezliklə "Apple" öz istifadəçilərinə "AppStore"un ödənişli tətbiqlərini pulsuz yükləmək imkanı verəcək.

Son.az lent.az-a istinadən xəbər verir ki, onlar ancaq tanışlıq üçün təqdim ediləcək.

Belə ki, "AppStore" mağazasının istifadə qaydalarında yeni düzəlişlər edilib. Bu düzəlişlərdə deyilir ki, ödənişli tətbiqlər üçün sınaq müddəti qeyd etmək mümkündür. Bu müddət ərzində istifadəçilər proqramla tanış ola biləcək və bu proqramın onlara lazım olub-olmadığına qərar verə biləcəklər.