Bakıda qadını avtomobil vuraraq ona ağır xəsarət yetirib


Digərləri 12 İyn 2018 08:28:00 335 0

Bakıda qadını avtomobil vuraraq ona ağır xəsarət yetirib

Yaralı, sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib

Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, 1973-cü il təvəllüdlü Musayeva Könül Musa qızı Səməd Vurğun küçəsində yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu "Mercedes" markalı avtomobil vurub.

Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib.