Apple Watch xəstəliyi aşkarlayacaq


Digərləri 12 İyn 2018 08:11:00 346 0

Apple Watch xəstəliyi aşkarlayacaq

Proqramçılar tərəfindən təqdim edilmiş yeni proqram istifadəçinin əllərinin titrəyişini izləyəcək.

Son.az ICTnews-a istinadən bildirir ki, "Apple Watch" üçün "ResearchKit" proqramı parkinson xəstəliyinin simptomlarını tanıyır. Proqram təminatı "WatchOS 5" sisteminin nümayişi zamanı təqdim edilib. Bu haqda "9to5mac" nəşri məlumat verib.

Proqram xəstəliyin 2 əsas simptomunu qeydə alacaq: əllərin titrəyişini və diskineziya. "Ağıllı" saat bu simptomları aşkar edən kimi istifadəçiləri xəbərdar edəcək. Parkinson xəstəliyinin erkən mərhələdə aşkar edilməsi çox mühümdür.