Ötən ay 700dən çox əcnəbiyə iş icazəsi verilib


Digərləri 12 İyn 2018 08:03:00 247 0

Ötən ay 700dən çox əcnəbiyə iş icazəsi verilib

May ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3225-nə müvəqqəti yaşama, 237-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqəsi verilib, 35-nin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bundan başqa ay ərzində 729 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib.