TANAP region ölkələrinin qlobal telekommunikasiya mərkəzinə çıxışını təmin edəcək


Digərləri 12 İyn 2018 07:32:00 240 0

TANAP region ölkələrinin qlobal telekommunikasiya mərkəzinə çıxışını təmin edəcək

Son.az "SOCAR Turkey Enerji"nin (SOCAR - Azərbaycan Respublikası Dövlət Neft Şirkətiinin Türkiyədə törəmə şirkəti) baş direktoru Zaur Qəhrəmanovun Trend-ə müsahibəsini təqdim edir:

- "SOCAR Fiber" layihəsinin reallaşdırılması hazırda hansı səviyyədədir? İşlərin neçə faizi başa çatıb və şəbəkə nə vaxt işə salınacaq?

- "SOCAR Fiber" layihəsində tikinti işləri TANAP boru xəttinin inşası ilə paralel aparılır və hazırda layihədə mühəndislik və inşaat işlərinin 90%-dən çoxu tamamlanıb. Layihənin Türkiyə-Gürcüstan sərhədindən Əskişəhər şəhərinə qədər olan hissəsində fiber-optik kabellərin çəkilişi başa çatıb. TANAP boru xəttinin inşaat təqviminə uyğun olaraq, 2019-cu ilin ikinci yarısında, Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər tikinti işlərinin tamamlanması ilə birlikdə, "SOCAR Fiber" optik şəbəkəsi istismara hazır olacaq.

- Fiber-optik kabelin uzunluğu nə qədərdir? Layihənin həyata keçirilməsində hansısa şirkətlə əməkdaşlıq edilirmi?

- TANAP boru xətti ilə birlikdə inşa edilən iki ədəd fiber-optik kabelin hər birinin ümumi uzunluğu 1850 km-dir. Layihənin həyata keçirilməsində TANAP layihəsindəki tikinti firmaları ilə əməkdaşlıq edilir.