Tramp Kim Çen Inla görüşmək üçün Sentosa adasına yollanıb


Dünya 12 İyn 2018 04:24:47 284 0

Tramp Kim Çen Inla görüşmək üçün Sentosa adasına yollanıb

Görüş "Capella" otelində keçiriləcək

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı səhər Sinqapurda qaldığı "Shangri-La" otelini tərk edib və Şimali Koreya lideri Kim Çen Inla görüşün keçiriləcəyi Sentosa adasına yollanıb.

“Report” xəbər verir ki, KXDR-ABŞ sammiti Sentosa adasında yerləşən "Capella" mehmanxanasında keçiriləcək.

Əvvəlcədən açıqlanan qrafikə görə, iki ölkə lideri arasında tarixi zirvə görüşü 45 dəqiqə davam edəcək. Sonra tərəflər arasında geniş tərkibdə görüş keçiriləcək.