Azərbaycanda qeyriadi ixtira VİDEO


Digərləri 11 İyn 2018 23:57:00 307 0

Azərbaycanda qeyriadi ixtira  VİDEO

Dönmə və qəza işıqları, yeni sükan və digər xırda detallar nəzərə alınıb. Son.az bildirir ki, Astara rayonunun Şiyəkəran kənd sakini olan Ceyhun Babayev ''muravey''motosikletini dəyişdirərəkyükmaşını düzəldib. O, yükün daşınması üçün nəzərdə tutduğu texnikanı6 ay müddətində ərsəyə gətirib. Bu müddət ərzində 2500 manatdan çox pul sərf olunub. Maşın dizel yanacağı ilə işləyir. 100 km-ə isə 2 litr yanacaq sərfiyatı var.

Ceyhun Babayev maşının hazırlanmasında bir neçəavtomobilin hissələrindən istifadə edib. O, yeni nəqliyyat vasitəsinin elektrik işlərini də özünün gördüyünü deyir.

Yeni maşın 100-dən artıq ot bağlamasını götürmək gücünə malikdir. Ceyhun Babayev düzəltdiyi texnikanı daha da təkmilləşdirmək fikrindədir. /xezerxeber.az