Duzsuz pendirdən istifadə edilməsi bruselyoz xəstəliyi yaradır


Digərləri 11 İyn 2018 23:30:00 457 0

Duzsuz pendirdən istifadə edilməsi bruselyoz xəstəliyi yaradır

Qida rasionunun bir hissəsini süd məhsulları təşkil edir. Həkim və diyetoloqlar həmin məhsulların faydalı olduğunu bildirirlər. Xüsusilə uşaqların qida rasionunda süd məhsullarının olması onların sağlam böyüməsi üçün nəzərdə tutulan vacib şərtlərdən biridir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bütün bunlarla yanaşı, süd məhsullarından istifadə zamanı bəzi məsələlərə fikir vermək lazımdır.

Süd məhsullarından sayılan pendirin emalı düzgün aparılmadıqda, o, orqanizmdə bruselyoz xəstəliyinin yaranmasına səbəb olur. Bruselyoz xəstəliyi ilk olaraq iki min il əvvəl Romada qeydə alınıb. Xəstəliyin əlamətləri yüksək hərarət, oynaq ağrıları və ürəkbulanma ilə müşayiət olunur.