Dişləri ağardır, dərini cavanlaşdırır...


Digərləri 11 İyn 2018 23:27:00 287 0

Dişləri ağardır, dərini cavanlaşdırır...

Son.az axşam.az-a istinadən bildirir ki, Amerika, Afrika və Avropa ölkələrinin mətbəxində əsasən ədviyyat kimi istifadə olunan cəfərinin bir çox faydası var. Bəs, bu bitkinin faydalı xüsusiyyəti haqda nə bilirsiniz?

1. Cəfərinin tərkibində orqanizm üçün lazım olan A, B, C, K, E, PP vitaminləri, fol turşusu, maqnium, kalium, kalsium,dəmir, yod, marqanes, sink var.

2. Cəfəri iştahanın artması, anemiya, anoreksiya, depressiya, mədə yarları və qastrirlər, revmatizma, həzm sistemi pozğunluqları zamanı çox faydalıdır. 

3. O, qəbizliyin müalicəsi üçün vacib qidalardan sayılır. 

4. Cəfəridən davamlı olaraq istifadə eləmək qaraciyərin içinin stimulyasiya olunmasına səbəb olur. 

5. Cəfəri dişlərin ağarmasına, diş və diş əti xəstəliklərinin sağalmasına səbəb olur. 

6. Xalq təbabətində cəfəridən arterial təzyiqin aşağı salınması, ödqovucu, ümumi möhkəmləndirici və sidikqovucu məqsədlərlə istifadə edilir.