Bolqarıstanda hərbi vertolyot qəzaya uğrayıb


Dünya 11 İyn 2018 22:56:18 244 0

Bolqarıstanda hərbi vertolyot qəzaya uğrayıb

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb

Bolqarıstanın Plovdiv şəhər aeroportu ərazisində keçirilən təlim zamanı hərbi vertolyot qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bTV telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Vertolyot gücünü itirərək 20 metr yüksəklikdən yerə düşüb və yanmağa başlayıb.

Hadisə yerinə polis və "təcili yardım" maşınları cəlb olunub. Qəzanın digər təfərrüatları məlum deyil.