Azərbaycanın müdafiə sənayesi məhsulları Parisdə nümayiş etdirilir


Digərləri 11 İyn 2018 17:54:42 303 0

Azərbaycanın müdafiə sənayesi məhsulları Parisdə nümayiş etdirilir

Azərbaycanın müdafiə sənayesi məhsulları Parisdə nümayiş etdirilir.

Bakı. Elçin Mehdiyev - İyunun 11-də Fransanın paytaxtı Paris şəhərində keçirilən, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin də təmsil olunduğu "EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin rəsmi açılışı olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib. Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyi 270 adda məmulat nümayiş etdirir. "EUROSATORY” sərgisində ilk dəfə təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.