ABŞda polisə atəş açan şəxs uşaqları girov götürüb


Dünya 11 İyn 2018 17:45:00 260 0

ABŞda polisə atəş açan şəxs uşaqları girov götürüb

ABŞ-ın Florida ştatının sakini polislə atışmadan sonra dörd uşağı girov götürüb.

Son.az xəbər verir ki, bu barədə report yerli "Orlando Sentinel" qəzetinə istinadən xəbər verir.

Orlando şəhər polisinin rəhbəri Con Meynin sözlərinə görə, hüquq-mühafizə orqanları əməkdaşları evdə zorakılıq siqnalı üzrə mənzillərdən birinə çağırılıblar. Təqsirləndirilən şəxs saxlanılarkən polislə onun arasında atışma olub və bir polis ağır yaralanıb.