Ərdoğan: "Türkiyə İraqın şimalında yeni hərbi əməliyyatlara başladı"


Dünya 11 İyn 2018 16:54:00 284 0

Ərdoğan: "Türkiyə İraqın şimalında yeni hərbi əməliyyatlara başladı"

Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında yeni hərbi əməliyyatlara başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə Hərbi Hava Qüvvələri 20 qırıcıdan istifadə etməklə PKK terrorçularının 14 bazasını məhv edib.