Ağcabədidə 60-a yaxın ağac qanunsuz kəsilib


Digərləri 11 İyn 2018 16:30:00 277 0

Ağcabədidə 60-a yaxın ağac qanunsuz kəsilib

Ağac kəsintisi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində köküstə yaş 4-16 sm diametrliyində 57 ədəd iydə ağacının kəsildiyi aşkar olunub.