Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi təsviri sənət üzrə təlimlər təşkil edib (FOTO)


Digərləri 11 İyn 2018 16:15:12 303 0

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi təsviri sənət üzrə təlimlər təşkil edib (FOTO)

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi təsviri sənət üzrə təlimlər təşkil edib.

Bakı. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə Göyçay, Lerik və Qusar rayonlarında yeniyetmə və gənclər üçün təsviri sənət növləri üzrə təlimlər təşkil edilib. İctimai Birlikdən Trend-ə verilən məlumata görə, RİİB-ə üç rayon üzrə daxil olan müraciətlər müsabiqə əsasında seçilib və ümumilikdə 150 iştirakçı iyunun 1-dən 9-dək nəzəri və praktik təlimlərə cəlb edilib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim-tələbə heyəti tərəfindən aparılan təlimlərdə yeniyetmə və gənclərə rəngkarlıq, xalçaçılıq sənətlərinin incəlikləri öyrədilib. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.