"Mama, papa siqaret çəkməyə çıxır,


Şou-biznes 11 İyn 2018 14:28:00 317 0

"Mama, papa siqaret çəkməyə çıxır,

Bloger Hüseyn Əzizoğlunun "Maşın" şousundan əməkdar artist Abbas Bağırovu uzaqlaşdırması hələ də müzakirə edilir. 

Mİlli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor Cavidan Novruz sosial şəbəkədə video paylaşaraq Hüseyn haqda maraqlı açıqlama verib. O bildirib ki, dəfələrlə Əzizoğlunun Abbasa "ata" deməsinin şahidi olub:

"Yarışmadan çıxan günü özüm də şokda idim. Dünən isə lap çox şok oldum. Yadımdadır, oteldə idik. Abbas Bağırov siqaret çəkməyə getmişdi. Roza xanıma dedin ki, "Mama, papa siqaret çəkməyə çıxır, icazə verirsən mən də çıxım?". Adam bəs atasının kürəyindən xəncər vurar? Axı sən Abbasa ata kimi baxırdın. Mənim üçün də getsinə imkanlı dostlarından səs verməyi xahiş edən xanım səni də çıxaracaq. Sabah onun qurbanı sən olacaqsan, buna yüz faiz əmin ol".