Yasamalda silahlı insident baş verib


Digərləri 11 İyn 2018 13:00:03 245 0

Yasamalda silahlı insident baş verib

Münaqişə zəminində tüfəngdən açdığı atəşlə N.Qasımova xəsarət yetirmiş R.Nərimanov könüllü olaraq polisə təslim olub

Bakı. Samir Əli - Yasamalda silahlı insident baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, iyunun 8-də rayon ərazisindəki yeraltı avtomobil dayanacaqlarının birində Bakı şəhər sakini Rafət Nərimanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə Nizami Qasımovun çiyin nahiyəsinə xəsarət yetirib. Nəticədə N.Qasımov xəstəxanaya yerləşdirilib.