“AtaHolding”in gənc mütəxəssisi "İlin peşəkar gənci” müsabiqəsinin qalibi olub


Digərləri 11 İyn 2018 11:23:54 228 0

“AtaHolding”in gənc mütəxəssisi "İlin peşəkar gənci” müsabiqəsinin qalibi olub

Ticarət, ictimai iaşə, kooperasiya sağlamlıq ocaqları, turizm, idman, otelçilik, balıqçılıq və digər xidmət sahələri işçiləri Həmkarlar İttifaqları Federasiyası (Xidmət-İş) 2017-ci ildə sahə üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclər arasında keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirib.

Bakı. 2018-cı il iyunun 8-də ticarət, ictimai iaşə, kooperasiya sağlamlıq ocaqları, turizm, idman, otelçilik, balıqçılıq və digər xidmət sahələri işçiləri Həmkarlar İttifaqları Federasiyası (Xidmət-İş) 2017-ci ildə sahə üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclər arasında keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirib. Trend-in məlumatına görə, tədbirdə “AtaHolding” MMC-nin Mühasibatlıq şöbəsinin rəisi, holdinqdə HİK-in sədri Gülnar Əliyeva “İlin peşəkar gənci” müsabiqəsinin qalibi elan olunub. Diplom "Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyasının sədri İlyas Əliyev tərəfindən Gülnar Əliyevaya təqdim olunub.