Qafar Əliyevin "Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kıtabı qırğız dilində nəşr edilib


Digərləri 11 İyn 2018 10:21:00 263 0

Qafar Əliyevin "Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kıtabı qırğız dilində nəşr edilib

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ümimmilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar "Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kıtabı Qırğızıstanda nəşr edilib.

Bakı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ümimmilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar "Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kıtabı Qırğızıstanda nəşr edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, kitab türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunub. Kitabın müəllifi Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə bölməsinin müdiri Qafar Əliyevdir.