Çində güclü partlayış


Dünya 11 İyn 2018 09:42:00 238 0

Çində güclü partlayış

Çinin cənub-qərbində qaz kəmərində baş verən partlayış nəticəsində 24 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli telekanalı xəbər verib.

İnsident Quyçjou əyalətində baş verib.

Sanxe kəndində qaz sızması kəmərdə partlayışa və yanğına səbəb olub. Onlarla insan yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.