Zabrus tənəffüs sistemi xəstəlikləri zamanı uzunmüddətli immunitet yaradır


Digərləri 11 İyn 2018 07:14:00 320 0

Zabrus tənəffüs sistemi xəstəlikləri zamanı uzunmüddətli immunitet yaradır

Yaddan çıxan bəzi arıçılıq məhsulları müasir xalq təbabətində yenidən gündəmə gəlir. Belə məhsullardan biri də arının şanı suvadığı xüsusi mum olan zabrusdur. Arılar yığdıqları nektarı altıbucaqlı mum yuvaya, yəni şana yığır, bala çevriləndən sonra şanını mumla suvayaraq üzərinə pərdə çəkirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, pərdə ilə suvanmış şan balı yüksək keyfiyyətli olur, uzun müddət xarab olmadan qalır. Zabrus xüsusi bıçaqla kəsilir və bal süzülür. Üzü sıyrılmış balın mumu xüsusi olaraq yığılır və bəzi arıçılar ona "balın qaymağı" deyirlər. Zabrus bir çox xüsusiyyətlərinə görə adi mumdan fərqlənir. Arılar balın xarab olmadan uzun müddət qalması üçün suvaq kimi işlətdiyi mumu propolis, arı südü və çiçək tozundan hazırlayırlar.

Mumu suvaq kimi işlətmək üçün arının çənə vəzilərindən ifraz olunan xüsusi yapışdırıcı şirənin tərkibi fermentlərlə zəngindir. Ona görə zabrus müalicəvi xüsusiyyətlərinə görə adi mumdan fərqlənir. Xalq təbabətində zabrusun müalicəvi xüsusiyyətlərindən bir sıra xəstəliklərin müalicəsində istifadə olunur.

Zabrusun tərkibində propolis, çiçək tozu, perqa, mum və bal var. Bundan başqa onun tərkibi digər vitamin, zülal və mikroelementlərlə də zəngindir. Ona görə də mikrob və iltihab əleyhinə, keyidici və biostimulyator keyfiyyətlərinə görə təbabətdə ondan geniş istifadə edilir.