Qırmızının Gücü: Fəst Fud restoranlarının loqoları niyə qırmızıdır?


Digərləri 10 İyn 2018 23:50:00 290 0

Qırmızının Gücü: Fəst Fud restoranlarının loqoları niyə qırmızıdır?

Burger King, McDonald's, KFC, Pizza Hut... Sadalananların hamısının "fəst fud" restoranları olması ilə bərabər, həmin restoranların daha bir ortaq nöqtəsi var: Qırmızı rəngin hakim olduğu loqolar.

Bu bir təsadüf deyil. Bir çox şirkət, müştəri ilə əlaqə yaratmaq üçün rənglərdən istifadə edir.

Son.az moneta.az-a istinadən bildirir ki, normal insan ortalama olaraq 10 milyona yaxın rəng görə bilir, amma qırmızı xüsusidir. Ulu babalarımızın önəm verdiyi ilk rənglərdən biri qırmızı idi. Əlifba və yazıdan öncə, insanın dili rəngsiz idi. "Qara", "ağ" və "qırmızı" üçün kəlimələr var idi. Mavi isə, minlərlə il sonra, eramızdan sonra 2-ci əsrdə ortaya çıxdı.

Nəticə olaraq, digər rənglərlərlə müqayisədə qırmızı ilə daha çox əlaqəmiz var və bu rəngə "fəst fud" restoranlarının xeyrinə reaksiya veririk. Tədqiqatçılar qırmızı rəngin təcililik (təxirəsalınmazlıq) hissi oyandırdığını aşkar ediblər.

İvrit dilində və Yeni Qvineya qəbilələri daxil olmaqla bir çox qədim dillər qırmızını "qan" kəliməsi ilə adlandırmışdır.