Yaratdığı mobil proqramla milyonçu olan dövlət məmuru


Digərləri 10 İyn 2018 23:10:00 276 0

Yaratdığı mobil proqramla milyonçu olan dövlət məmuru

28 yaşlı Londonlu təşəbbüskar Con Reynoldun yaratdığı Swiftkey adlı program, ağıllı telefonlar üçün praktiki klaviaturası ilə tanınır. Conun klaviaturası telefonlar və ya əməliyyat sistemləri ilə gələn standart klaviaturadan daha yaxşı səhv düzəltmə, sözün proqnozu, söz düzülüşünü təxmin edən süni zəka mərkəzli bir proqramdır. Bundan başqa Swiftkey android market və ya Google playdə ən çox satın alınan 2-ci proqramdır.

Son.az bizplus.az-a istinadən bildirir ki, 2010-cu ildə Google-un Android mobil əməliyyat sistemi üçün tanıdılan Swiftkey Klaviatura, eyni anda bir trilyondan çox söz arasındakı əlaqələri araşdırır. Eyni anda SMS, e-poçt, facebook və twitter kimi platformalarda istifadəçi davranışlarını qeydiyyatda alaraq xüsusi təxmin etmə mühərrikini gücləndirir. Swiftkey yazma tərzinizi anlayır və daha sürətli yazmaq üçün barmaqlarınızı klaviaturadan heç ayırmadan sürüşdürərək mətni tez yazmağınızı təmin edər. Proqram eyni zamanda qrammatik və imla səhvlərini də düzəltməyə köməkçi olur.

Reynolds SwiftKeyi 2008-ci ildə dövlət məmuru işləyən zaman hazırlamağa başladı. Con Black Berry klaviaturasında mətn yazan zaman əziyyət çəkən bir dostunu görmüşdü və bu proqramı yaratmaq qərarına gəlmişdi.