Quru balıqdan başlayan biznes –


Digərləri 10 İyn 2018 22:15:00 313 0

Quru balıqdan başlayan biznes –

"Samsung" (Koreyaca: 삼성그룹, "Samseong Geurup") 1938-ci ildə Lee Byung-Chul tərəfindən əsası qoyulan, Cənubi Koreyanın ən böyük şirkətlərindən biridir.

İdarə heyətinin sədri Lee Kun-Hee'dir. "Samsung" müxtəlif şirkətlərdən ibarətdir, amma bunlardan ən önəmlisi isə sözsüz ki, "Samsung Elektronik"dir.

Son.az facemark.az-a istinadən bildirir ki, şirkət ilk olaraq yaxın ölkələrə qurudulmuş balıq, tərəvəz və meyvə satmaq məqsədiylə qurulub. Daha sonrakı illərdə un dəyirmanları və şəkər maşını da işlətməyə başlayan firma, istehsal sahələrini genişləndirib və 70-ci illərə doğru ağır sənaye sahəsinə investisiya yatırmağa başlayıb.

"Samsung"un marketinq startegiyası

"Samsung"un çox model strategiyası marketinq xərclərini artırıb. Bununla yanaşı, "Samsung" məhsul qrupunun çeşidini həmişə daha çox olmasının tərəfdarıdır. Nəticədə isə, uzun perspektivdə məhsul çeşidlərinin bazardakı digər markalar arasında yaddaqalması çətinləşir. Bu da marka üçün əlavə risk yaradır.

Düzdür, "Samsung" bazara çox çeşiddə məhsul istehsal edir. Amma xüsusilə, markanın bazara təqdim etdiyi "ağıllı" telefonların funksiyaları bir-birindən çox az fərqlənir. Satıcılar isə həmin markaların bir-birindən üstün və fərqli cəhətlərini istehlakçıya izah etməkdə çətinlik çəkirlər. Müştərilər isə qısa zamanda alış qərarı verə bilmirlər, bu isə onlar üçün zehinsəl olaraq yorucu iş halına gəlir.