Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi


Digərləri 10 İyn 2018 21:35:00 358 0

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

Xora xəstəliyinə tutulmamaq, kəskinləşməsi və ağırlaşmasının qarşısını almaq üçün aşağıdakıları etmək lazımdır:

● xorası olan xəstələr mütəmadi (yazda və payızda) həkim müayinəsindən keçməlidirlər; ● dərmanla müalicədən əlavə, pəhrizə riayət etmək tövsiyə olunur; ● qida qəbulu miqdarca az, gündə 4-5 dəfə olmalı, gecələr qidalanmadan qaçılmalıdır; ● suda bişirilmiş qida məhsullarına, xüsusən ət və balıq məmulatlarına, sıyıqlara, meyvə-tərəvəzlə qidalanmaya üstünlük verilməlidir; ● acı, turşuya qoyulmuş, hisə verilmiş, qızardılmış, çox isti və soyuq qida məhsullarından imtina edilməlidir; ● tünd çay və qəhvə qəbulu azaldılmalıdır; ● siqaret və alkoqoldan tamamilə imtina edilməlidir; ● gündəlik yuxu ən azı 8-9 saat olmalıdır; ● dişlərin sağlamlığına diqqət yetirilməlidir; ● yanaşı xəstəliklər müalicə olunmalıdır; ● streslərdən uzaq olmaq lazımdır; ● gün ərzində heç olmasa 1 saat təmiz havada olmaq lazımdır.

Müalicədən sonra

Son.az saglamliq.isim.az-a istinadən bildirir ki, xoranın sağalmasına və xəstəliyin ağırlaşmamasına əmin olmaq üçün müalicədən bir neçə həftə sonar təkrar endoskopiya müayinəsi aparılmalıdır!

Xora xəstəliyi nə deməkdir?

Xora xəstəliyi - mədə və ya onikibarmaq bağırsağın selikli qişasının zədələnməsi nəticəsində əmələ gələn xəstəlikdir.

Xora xəstəliyinin əlamətləri hansılardır?  

●  Mədə nahiyəsində, bəzən döş qəfəsinin sol yarısına, onurğanın döş və bel hissələrinə yayılan yandırıcı ağrı; ●  Mədə xorasında ağrı yeməkdən 0,5-1 saat sonra və ya dərhal başlayır; ●  Onikibarmaq bağırsağın xorasında ağrı yeməkdən əvvəl (mədə boş olanda) və ya yeməkdən 2-2,5 saat sonra başlayır və qida qəbulundan sonra keçib gedir; ●  Turş gəyirmə, qıcqırma, ürəkbulanma, qusma, qəbizlik; ●  İştahanın pozulması, arıqlama; ●  Yaz və payız aylarında ağrı və digər əlamətlərin güclənməsi; ●  Xora xəstəliyinin əlamətsiz gedişi də mümkündür. ●  Bu halda xora təsadüfi müayinə nəticəsində və ya ağırlaşma baş verdikdə aşkar olunur.

Xora xəstəliyinin səbəbləri hansılardır?

● Helikobakter pilori (HP) adlı bakteriyaların mövcud olması (hər 10 xəstədən 8-9-da); ● Mədə və onikibarmaq bağırsağın selikli qişasının zədələnməsinə səbəb olan dərmanların (aspirin, ibuprofen və s. kimi) uzun müddət qəbulu; ● Yaxın qohumlarda (o cümlədən valideynlərdə) xora xəstəliyinin olması.

Xoranı necə aşkar etmək olar?