Telefonda satış etməyin əsas


Digərləri 10 İyn 2018 21:20:00 321 0

Telefonda satış etməyin əsas

Son.az facemark.az-a istinadən telefonda satış etməyin qaydaları haqqında məqalə hazırlayıb. Telefonda satış etmək üçün nələri bilməlisiniz? Elə isə başlayaq.

1. Hər zaman canlı səs tonuyla danışın.

2. Çok tez danışmayın.

3. Mətn oxuyurmuş kimi danışmayın. Bir mətnə bağlı qalmaq məcburiyyətinizdəsinizsə, mətni əzbərləyin.

4. Zəng etmədən öncə danışacağınızı məşq edin, planlayın.

5. CRM (Müştəri əlaqələrinin idarə edilməsi) istifadə edirsinizsə, zəng ediləcək şəxsin firmanızla olan keçmişini yaxşı araşdırın. Daha əvvəl nə kimi xidmətlər almış, neçə dəfə zəng etmiş, hansı mövzularda görüşülmüşdür? Bu suallara hakim olmaq görüşünüzdə sizə üstünlük qazandıracaqdır.

6. Təqdim etdiyiniz məhsula hakim olun. Əks təqdirdə çətin bir sual qarşısında özünüzü gülünc vəziyyətdə görə bilərsiniz.

7. Telefonda satış metodları üçün çox vacib bir qayda daha: Sadəcə özünüz danışmayın. Qarşı tərəfə tez-tez söz haqqı verin. Hətta danışması üçün ondan müxtəlif suallar soruşun.

8. Əgər zəng mərkəzində çalışırsınızsa, stolunuza bir ayna qoyun və görüşmə əsnasında təbəssüm etməyə çalışın. Qarşı tərəf təbəssüm etdiyinizi görə bilməyəcək, amma enerjinizi hiss edəcək. Qaşlarınızı çatmadığınızdan, aqressiv və gərgin olmadığınızdan əmin olun. Bu mövzuda ayna çox işinizə yarayacaq.

Telefonda satışın əsas məqamları / Soyuq satı metodları