Bayram günlərində harada dincəlmək sərfəlidir? VİDEO


Digərləri 10 İyn 2018 21:14:00 247 0

Bayram günlərində harada dincəlmək sərfəlidir?  VİDEO

Ramazan bayramına sayılı günlər qalıb. 5 günlük bayram tətilində xaricə istirahətə üz tutmaq istəyənlər də az deyil. Bayram ərəfəsində turizm şirkətləri bayrama özəl turpaketlər hazırlayıblar. Qiymətlərdə də fərq var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Ramazan bayramı ərəfəsində turizim şirkətləri xariciturpaketlərdə endirimlər ediblər. Ramazan bayramı üçün nəzərdə tutulan turpaketlərin qiyməti adi vaxtlardakı turlardan 20-30 % daha ucuzdur.

Turizm üzrə mütəxəssis Rəhman Quliyev bildirir ki, ramazan turları əsasən 3 gecə, 4 günlük olur. Onun sözlərinə görə, Ramazan bayramında insanlar ən çox türkiyəyə səyyahət etməyə üstünlük verirlər. Bu ölkəyə bir nəfər üçün səyyahətin qiyməti 300 dollardan başlayır.

Rəhman Quliyevin sözlərinə görə, bayram günlərində xarici ölkələrə əlva aviareyslər açılır ki, buda qiymətlərin düşməsinə təsir edən başlıca amildir.


Xəbərə aid video